» » » Bakıda evdən 70 min dollar və 30 minlik qızıl apardılar

Bakıda evdən 70 min dollar və 30 minlik qızıl apardılar

Bakıda evdən 70 min dollar və 30 minlik qızıl apardılar

Bakıda mənzildən 70 min dollar pul aparılıb. Bu barədə məlumat ucarliyiq.biz-ə Daxili İşlər Nazirliyindən verilib. 



Hadisə Suraxanı rayonunda Qaraçuxur qəsəbəsində iyunun 21-də baş verib. Qəsəbədə yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlanıb.



DİN əməkdaşları hadisəni törədən şəxsləri yaxalaya biliblər. Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulublar.