» » » Sumqayıtda ər keçmiş arvadını qısqandı və onu bıçaqladı

Sumqayıtda ər keçmiş arvadını qısqandı və onu bıçaqladı

Sumqayıtda ər keçmiş arvadını qısqandı və onu bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. ucarliyiq.biz-in məlumatına görə, hadisə 3-cü mikrorayonda qeydə alınıb. 



Sumqayıt şəhər polis idarəsinin sahə inspektorunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb. 



"Onların neçə il əvvəl rəsmi nikahları pozulub. Qadın 3-cü mikrorayonda kirayə yaşayırmış. Keçmiş ər-arvad arasında mübahisə qısqanclıq zəminində olub".



Tutuxanım Cəfərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 



Samir Verdiyev isə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 



Faktla bağlı araşdırma aparılır.