» » » Maşın divara çırpıldı: İki qardaş yaralandı, sürücü öldü

Maşın divara çırpıldı: İki qardaş yaralandı, sürücü öldü

Maşın divara çırpıldı: İki qardaş yaralandı, sürücü öldü

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məluamata görə, hadisə Qaratoğay kəndində qeydə alınıb. Sabirabad sakini, 1978-ci il təvəllüdlü Kərim Süleyman oğlu Hüseynov idarə etdiyi “Fiat” markalı 10- TG- 780 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hasara çırpılıb.



Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri- 1985-ci il təvəllüdlü Röyal Akif oğlu Əsədov, onun qardaşı 1982-ci il təvəllüdlü Xəyal Akif oğlu Əsədov ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 



Yaralılara ilkin tibbi yardım göstərilsə də, 38 yaşlı Kərim Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. 



Faktla bağlıə Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Ölümlə nəticələnən daha bir qəza Şəmkir rayonunun Seyfəli kəndində baş verib. Rayon sakini Xəlil Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.