» » » Rusiyada xəstəxanaya silahlı hücum, ölənlər var

Rusiyada xəstəxanaya silahlı hücum, ölənlər var

Rusiyada xəstəxanaya silahlı hücum, ölənlər var

Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində bir nəfər silahlı şəxs tibb mərkəzinə silahlı basqın edib. ucarliyiq.biz-in məlumatına görə  hadisə nəticəsində bir nəfər qadın həlak olub yaralılar var.


Rusiyada xəstəxanaya silahlı hücum, ölənlər var


Bu gün səhər saatlarında baş verən qanlı hadisən sonra silahlı şəxs özünə başından atəş açaraq intihar edib.



Hazırda hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır.


Analoji hadisə Türkiyədə, Ankara Universitetinin Tibb fakultəsi nəzdində olan xəstəxanada ötən ayın 24-ü baş verib. Xəstəxanada bir şəxsin ətrafdakılara atəş açması nəticəsində 3 insan həlak olub, biri isə yaralanıb.



Türkiyə mediasının məlumatına görə, silahlı şəxs həmin xəstəxanada çalışıbmış.



Şəxsin öldürdüyü insanlar da eyni xəstəxananın işçiləri olublar.