» » » Polisdən daha bir əxlaqsızlıq yuvasına basqın

Polisdən daha bir əxlaqsızlıq yuvasına basqın

Polisdən daha bir əxlaqsızlıq yuvasına basqın

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər.



Əməliyyat zamanı Bakı şəhər sakini Ramin Namazovun gəlir əldə etmək məqsədi ilə Çarxı kəndi ərazisində işlətdiyi kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.



Faktla bağlı araşdırma aparılır.



4 gün əvvəl də Bakıda əxlaqsızlıq yuvaları aşkarlanıb. Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə, həmçinin Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etmələrinə görə məsuliyyətə cəlb olunublar.