» » » Şəkiyə günü sonuna gədər su veriləcək

Şəkiyə günü sonuna gədər su veriləcək

Şəkiyə günü sonuna gədər su veriləcək

Şəkiyə suyun verilişi sabah bərpa ediləcək. ANS TV-nin məlumatına görə, Şəkinin dağlıq ərazisinə yağan güclü leysan nəticəsində rayon ərazisindən axan Kiş və Şin çaylarına lilli sel gəlməsi su təchizatında ciddi problemlər yaradıb. Bu  gün səhərdən Şəkiyə su maşınları və lil  təmizləyən qurğu  gətirilib. Təmizlənmə işlərinin axşamadək başa çatdırılması nəzərdə tutulur. 


Şəkiyə günü sonuna gədər su veriləcək


"20-yə yaxın su maşını şəhəri su ilə təmin edir. Meliorasiya komitəsinin qurğuları iş başınadadır"- deyə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib.



“Azərsu”  SC-nin nümayəndəsi Aydın Abbasov günün sonuna qədər şəhərin su təhcizatının bərpa olunacağını bildirib. Hazırda şəhərə dəyən ziyanın həcmi hesablanır.



Ötən gün Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. Çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş, demək olar ki, məhdudlaşıb.