» » » Azərbaycanda sürücü yanan maşında can verdi

Azərbaycanda sürücü yanan maşında can verdi

Azərbaycanda sürücü yanan maşında can verdi

Azərbaycanda kişi maşında yanaraq həyatını itirib. Hadisə Ağsu-Kürdəmir-Ağsu maqistral yolunun Kürəmirin Atakişi kəndindən keçən hissəsində qeydə alınıb. Kürdəmir Rayon Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, rayon sakini Əli Həsən oğlu Qaraşov özünə məxsus “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən maşının radiatoru qızma nəticəsində yanmağa başlayıb.



Maşından düşərək yanğının qarşısını almağa çalışan kişi bunu bacarmadıqda, avtomobilə əyləşərək onu yaxınlıqdaki kanala sürməyə ora maşını kanala aşırmaq istəyib. Lakin o nəqliyyat vasitəsinə əyləşib idarə etdiyi zaman yanğın daha da şiddətlənib və yanar konstruksiyalar od tutub. Maşında qalıb yanıq xəsarəti alan Əli Qaraşov dərhal xəstəxanaya yerləşdirilib. Ona həkim yardımı göstərilməsinə baxmayaraq xəstəxanada ölüb.



Faktla bağlı polis şöbəsində araşdırma aparılır.


Avtomobildə qalaraq yanma ilə bağlı daha bir fakt ötən gün Beyləqan rayonunda baş verib. Rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzov idarə etdiyi "Mercedes" markalı, 11- BG- 172 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Dünyamalılar kəndi ərazisindəki körpünün üstündə idarəetməni itirib və avtomobil yoldan çıxaraq yolun kənarındakı qaz borusuna çırpılıb.



Qəza zamanı zərbənin təsirindən boru partlayıb və yanğın başlayıb. Sürücü və avtomobildə olan sərnişinlər yanan maşından düşüb xilas ola bilsələr də, nəqliyyat vasitəsində olan 2011-ci il təvəllüdlü Zaur Nurlan oğlu Novruzov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.