» » » İstanbulda bomba həyəcanı

İstanbulda bomba həyəcanı

İstanbulda bomba həyəcanı

İstanbul şəhərinin Atatürk hava limanında bomba həyəcanı yaşanıb. Sərnişinlər və aeroport işçiləri arasında təşviş yaranıb.



ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Atatürk hava limanının Xarici Uçuşlar terminalında partlayıcı maddə aşkarlanması haqqında polisə məlumat daxil olub. Mühafizəçilər terminalda sahibsiz çanta aşkar ediblər.



Hadisə yerinə təcili çatan polis əməkdaşları hadisə yerindən insanları uzaqlaşdırıb. Terminala giriş və çıxışlar müvəqqəti dayandırılıb. Sonra hər ehtimala qarşı çantanı xüsusi yolla partladılıb.



Qalıqların araşdırıldığından sonra çantada təhlükəli heç bir şeyin olmadığı məlum olub.