» » » Paytaxtda partlayış oldu

Paytaxtda partlayış oldu

Paytaxtda partlayış oldu

Gecə saatlarında paytaxtda partlayış müşahidə edilib. ucarliyiq.biz-in partlayış yerinə çatmış müxbiri Nurlan Eldaroğlunun verdiyi məlumata görə, bədbəxt hadisə istehsal müəssisəsində baş verib.



Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib. Partlayışa qida qazının sızması səbəb olub. Qaz çənindəki nasazlıq üzündən meydana gələn partlayışdan yaxınlıqdakı evlərə də ziyan dəyib. İlkin məlumatlara görə, 4 ev zədələnib.



Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Faktla əlaqədar araşdırma aparılır.