» » » Çində leysan yağışları belə fəsadlar törətdi

Çində leysan yağışları belə fəsadlar törətdi

Çində leysan yağışları belə fəsadlar törətdi

Çində Yanszı çayının daşması nəticəsində ölənlərin sayı 180-i ötüb. Aramsız yağan mövsümi yağışlar 7 vilayətdə daşqınlara səbəb olub.



ucarliyiq.biz-in "Bbc"yə istinadən verdiyi məlumata görə, Quyçjou və Hubey vilayətlərinə ciddi ziyan dəyib. Sel suları 16 minə yaxın yaşayış evini, təsərrüfat sahələrini dağıdıb. Daşqınlarla bərabər müşahidə olunan güclü küləklər elektrik şəbəkələrini sıradan çıxarıb. Minlərlə insan işıqsız qalıb. Bəzi bölgələrin şəhər mərkəzindən təcrid olunduğu bildirilir. Təbii fəlakət bölgəsinin infrastrukturuna, ümumilikdə, 595 milyon dollar ziyan dəyib.


Rəsmilər azı 45 nəfərin itkin düşdüyünü bildiriblər. Bu isə, ölü sayının artacağı ehtimallarına əsas verib.



Meteoroloqlar yağıntılı hava şəraitinin iyul ayının 7-sinə qədər davam edəcəyini proqnozlaşdırıblar. Ümumilikdə, daşqınların 33 milyon insana ziyan vurduğu qeyd olunur. Yerli rəhbərliklər insanları daşqın bölgələrindən təxliyə etmək məqsədilə genişmiqyaslı xilasetmə əməliyyatları keçiriblər. Əməliyyatlar hərbi qüvvələr də dəstək göstəriblər.


Media player help
Out of media player. Press enter to return or tab to continue.