» » » Azərbaycanda qəza: 6 yaralı

Azərbaycanda qəza: 6 yaralı

Azərbaycanda qəza: 6 yaralı

Gəndob - Yalama yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, qəza yolun 26-cı kilometrliyində - Xaçmaz rayonu ərazisindən keçən hissədə qeydə alınıb. Xaçmaz rayon sakini Murad Sultalıyevin idarə etdiyi 27- BF- 176 dövlət nömrə nişanlı "Opel" markalı minik avtomobili ilə Şirvan rayon sakini Rəşid Vəliyevin idarə etdiyi 99- EO- 963 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər toqquşub.



Hadisə zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar bunlardır:



1999-cu il təvəllüdlü Mehtiyev Saleh Elman oğlu- Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini



1999-cu il təvəllüdlü Fərəməzov Samir Ənvər oğlu- Yeni Həyat qəsəbə sakini



1999-cu il təvəllüdlü Məmmədov İbrahim Ələzzi oğlu- Yeni Həyat qəsəbə sakini



1994-cü il təvəllüdlü Sultalıyev Murad Şakir oğlu-Yeni  Həyat qəsəbə sakini



1998-ci il təvəllüdlü Adıgözəlov Pərviz Azər oğlu- Yeni Həyat qəsəbə sakini



1955-ci il təvəllüdlü Vəliyev Rəşid Güllər oğlu- Şirvan rayon sakini 


Yaralılar dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Lakin Mehtiyev Saleh Elman oğlunun vəziyyəti nisbətən ağır olduğu üçün həkimlər onu xəstəxanda saxlayıblar.



Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 



Avtomobildə olan şəxslərin sərxoş olduğu bildirilir.