» » » Bakıda namus üstündə qan töküldü

Bakıda namus üstündə qan töküldü

Bakıda namus üstündə qan töküldü

Bakıda qətl hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov kirayədə yaşadığı evdə münaqişə zəminində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Rəhim Süleymanova bıçaqla xəsarət yetirıb. 29 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.



Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Ə.Qasımov tutulub.



APA-nın yazdığına görə, hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb.



Faktla bağlı Nəsimi rayon Prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Bakının Nəsimi rayonunda ötən gün də qətl hadisəsi baş verib. Rayon ərazisindəki mağazalardan birində Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev aralarında yaranan münaqişə zəminində tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlını bıçaqlayaraq qətlə yetirib.



Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 55 yaşlı Vidadi Qarayev tutularaq istintaqa cəlb edilib.