» » » Lənkəranda ölən 1 yaş 4 aylıq uşağın atası danışdı

Lənkəranda ölən 1 yaş 4 aylıq uşağın atası danışdı

Lənkəranda ölən 1 yaş 4 aylıq uşağın atası danışdı

“Övladımın ölümündə həkimlərin günahkar olduğunu, yaxud həkim məsuliyyətsizliyi olub-olmadığını dəqiq bilmərəm”. Bu fikirləri ucarliyiq.biz-ə bu gün səhər səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən Ləj kənd sakini, 16 aylıq Əli Aqil oğlu Rəhimovun atası Aqil Rəhimov deyib. Onun sözlərinə görə, səhərə yaxın Əlinin hərarəti yüksəlib və boğazında da problem yaranıb:



“Onu dərhal xəstəxanaya çatdırdıq. Həkimlər ona yardım göstərməyə başladılar. Lakin səhər 8 radələrində uşaq dünyasını dəyişdi. Onların uşağımı sağaltmaq üçün çalışdıqlarını özüm görürdüm. Ona görə də bu ölümdə həkimlərin səhv edib-etmədiklərini konkret deyə bilmərəm”.


Lənkəranda ölən 1 yaş 4 aylıq uşağın atası danışdı


Aqil Rəhimov bildirdi ki, uşağın meyiti məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsində müayinə edildikdən sonra onlara verilib:



“Əli mənim ilk və tək uşağım idi. İki ildir ki, evlənmişəm. Qismətdir də oldu. Allah rəhmət eləsin. Uşağın meyitini bir az əvvəl dəfn etdik. Olacağa çarə yoxdur”.


Lənkəranda ölən 1 yaş 4 aylıq uşağın atası danışdı

Bu gün Azərbaycanda xəstəxanada daha bir uşaq ölümü baş verib. Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) qeydə alınıb. Rayonun Ləj kənd sakini, 16 aylıq Əli Aqil oğlu Rəhimov xəstəxanada dünyasını dəyişib.



Artıq Səhiyyə Nazirliyinin Uşaq Ölümlərinə Qarşı Yaradılmış Komissiyası araşdırmalara başlayıb.


Lənkəranda ölən 1 yaş 4 aylıq uşağın atası danışdı


Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva faktla bağlı açıqlama verərək bildirib ki, xəstəyə bütün yardımlar göstərilib.



"Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə səhər saat 8-də dünyasını dəyişib".