» » » Rusiya hava limanında terror həyacanı yaşandı

Rusiya hava limanında terror həyacanı yaşandı

Rusiya hava limanında terror həyacanı yaşandı

Sankt-Peterburqdakı "Pulkovo" hava limanında üzərində bomba olduğu deyən bir nəfər saxlanılıb. ucarliyiq.biz-in məlumatına görə, saxlanılan şəxs Çelyabinski sakini olub.


Rusiya hava limanında terror həyacanı yaşandı


Nəqliyyat polis idarəsinin əməkdaşlarının verdiyi məlumata görə, "Pulkovo" hava limanında bir nəfər əl baqajının yoxlanılması zamanı ucadan qışqırıb ki, onun yükündə partlayıcı qurğu var.



"Əslində, kişi bilirdi ki, onun çantasında heç bir təhlükəli əşya yoxdur", - deyə polis əməkdaşı qeyd edib.



Hadisə yeri dərhal mühasirəyə alınıb və əraziyə polis əməkdaşları tərəfindən xidməti itlər gətirilib. Araşdırmalar nəticəsində şübhəli bilinən şəxsin üzərindən, eləcə də baqajından heç bir partlayıcı əşya aşkar olunmayıb.



Hadisə ilə bağlı Çelyabinski sakini həbs olunub. Onun barəsində Rusiya Federasiyasının 207-ci maddəsi ilə (terror aktı barədə bilə-bilə yanlış məlumat vermək cinayət işi açılıb. Onu 3 ilədək azadlıqdan məhrum olma gözləyir.


Ötən gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən ABŞ konsulluğunun qarşısında bir nəfər özünü partladıb.


Rusiya hava limanında terror həyacanı yaşandı


Polislər avtomobildən düşərək konsulluq binasına doğru gedən şübhəli şəxsin pasportunu istədikdə, o, üzərindəki partlayıcı qurğunu işə salıb. Hadisə konsulluq binasından 20 metr aralıda baş verib. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.



Səudiyyə Ərəbistanı televiziyasının məlumatına görə, terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 2 polis zabiti yaralanıb.



Son vaxtlar dünyanın müxtəlif ölkəlrində terror aktları törədilir. Onlardan ən böyükləri iyulun 3-də İraqda və iyunun 28-də İstanbulda yerləşən Atatürk hava limanında olub.