» » » Vəzifəli şəxsin qardaşının asılmış cəsədi tapıldı

Vəzifəli şəxsin qardaşının asılmış cəsədi tapıldı

Vəzifəli şəxsin qardaşının asılmış cəsədi tapıldı

Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb. Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.



İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.



Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.



Vəzifəli şəxsin qardaşının asılmış cəsədi tapıldı


Bundan bir neçə ay əvvəl də Türkiyədə azərbaycanlı iş adamı intihar edib. İstanbul Türkiyə Azərbaycan Dəstək və Mədəniyyət Dərnəyinin (İstanbul Türkiye Azerbaycan Dayanışma ve Kültür Derneği) sədr müavini Abbas Murad Danışmanlı İstanbulda intihar edib.
Məlumata görə, sədr müavini özünü yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. Danışmanlı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.



Mərhumun "Facebook" sosial şəbəkəsindəki profilinə ölümüylə bağlı çoxsaylı başsağlığı mesajları yazılıb.