» » » Az qalsın özlərini öldürəcəkdilər

Az qalsın özlərini öldürəcəkdilər

Az qalsın özlərini öldürəcəkdilər

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxdığı haqqında məlumat daxil olub. ucarliyiq.biz-in nazirliyin elektron portalından aldığı məlumata görə, körpüyə çıxanlar intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Aparılan psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 00:47-də başa çatıb. İntihar etmək istəyən şəxslərin motivləri araşdırılır.