» » » Azərbaycanlını korrupsiyada günahlandırırlar

Azərbaycanlını korrupsiyada günahlandırırlar

Azərbaycanlını korrupsiyada günahlandırırlar

Rusiyanın Kamçatka vilayətində Azərbaycan vətəndaşı vəzifəli şəxsə rüşvət vermək ittihamı üzrə məhkəmə qarşısına çıxacaq.

ucarliyiq.biz-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin Kamçatka vilayəti üzrə İstintaq İdarəsinin Petropavlovsk şöbəsinin müstəntiqləri 34 yaşlı həmyerlimizə qarşı qaldırılan cinayət işinin araşdırmasını başa çatdırıblar. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi üzrə törədilən cinayətdə - rüşvət verməkdə ittiham olunur.
İstintaqın məlumatına görə, 2016-cı ilin aprel ayında müttəhim Petropavlovsk - Kamçatski şəhərinin Tuşkanova küçəsində yerləşən polis sahə məntəqəsində olub. Hələlik şəxsiyyəti açıqlanmayan azərbaycanlının  sahə müvəkkilinə meyvə-tərəvəz satmaq üçün qanunsuz yerləşdirilmiş ticarət obyektinə görə tanışının inzibati məsuliyyətə cəlb edilməməsi üçün 3 min rus rublu (72 AZN) məbləğində rüşvət verib.

İstintaq İdarəsinin icraçısı Denis Voloşenko bildirib ki, günahlandırılan şəxs pulu verdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs günahını etiraf edib və bu hərəkətinə görə peşman olduğunu bildirib. Hazırda cinayət işi ittiham aktının təsdiq edilməsi və sonradan məhkəməyə göndərilməsi üçün prokurorluğa verilib.
Azərbaycanlını korrupsiyada günahlandırırlar
Keçən gün də Rusiyada saxta əsginas alveri ilə məşğul olan iki azərbaycanlı tutulub. Onlar Komi respublikasında 5000 rubl (120 AZN) dəyərində olan saxta pulu satmağa macal tapmamış saxlanılıblar.
Azərbaycanlını korrupsiyada günahlandırırlar


Komi şəhər prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Aqşin Rəfiyev və Həbib İsmayılov adlı iki Azərbaycan vətəndaşı 2015-ci ilin yanvarında Sıktıvkar şəhərinə maşınla gəliblər. Burada onlar Mərkəzi Bankın 194 ədəd 5000 rublluq saxta əsginasını satıblar. Yoldaşlar bu şəhərin müxtəlif ticarət nöqtələrində daha beş ədəd saxta əsginas sata biliblər.

Aqşin Rəfiyev polislər tərəfindən ələ keçirildikdən sonra avtomobildə olan pulun bir hissəsini maşından ata bilib. Lakin saxta pulların bir qismi maşında aşkar edilib.