» » » Azərbaycanda iki ustanı "tok" vurdu

Azərbaycanda iki ustanı "tok" vurdu

Azərbaycanda iki ustanı "tok" vurdu

Azərbaycanda bir gündə iki ustanı elektrik cərəyanı vurub. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Onları hər ikisi daş karxanasında çalışıb. 

Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətlərdən ölüb. 

İkinci fakt isə Göygöl rayonunda qeydə alınıb. Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasovu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. 

Hər iki faktla bağlı araşdırma aparılır.