» » » "Fikirləşməyin ki, yol polisi bayram edir..."

"Fikirləşməyin ki, yol polisi bayram edir..."

"Fikirləşməyin ki, yol polisi bayram edir..."

Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı münasibəti ilə rayonlara üz tutanların sayının artacağını nəzərə alaraq sürücülərə xəbərdarlıq edib. İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ucarliyiq.biz-ə bildirdi ki, sürücülər bölgələr istiqamətində avtomobillərin çox olacağını nəzərə alaraq yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər. İkincisi isə yola çıxmazdan əvvəl avtomobillərin texniki vəziyyətinə xüsusi nəzarət edilməlidir:

"Bəzi rayonlarda havaların isti, bəzilərində yağmurlu olması, hətta dolunun düşməsi sözsüz ki, nəqliyyat vasitələrinin idarəsində çətinliklər yarada bilir. Ona görə də, yay mövsümü olmasına baxmayaraq havaların qeyri-sabit keçməsini nəzərə alaraq şüşə silgəclərini qaydasına salsınlar, avtomobillərin şinlərinə xüsusilə fikir versinlər. Çünki qəfildən yağış başladığı zaman tozlu yollar bir qədər sürüşkən olur. Ona görə bu məsələlərlə bağlı diqqətli olsunlar".
"Fikirləşməyin ki, yol polisi bayram edir..."
Şöbə rəisi bütün bunlarla yanaşı sürücülərin ən diqqət yetirməli olduğu halın rayonlar istiqamətində olan hərəkət intensivliyi olduğunu bildirib. Onun sözlərinə görə, ən çox qəzalar qarşı hərəkət zolağına çıxma, və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi ilə əlaqədardır: "Son ayların statistik məlumatlarına nəzər salanda bunun şahidi olmaq mümkündür. Ona görə də, sürülər bütün bunlara diqqət yetirsinlər ki, insanların bayram əhval-ruhiyyəsi pozulmasın, yollarda qurban verməyək".

Kamran Əliyev bayram günləri münasibəti ilə polis naryadlarının gücləndirilmiş iş rejimində işlədiyini bildirib:

"Sürücülər fikirləşməsinlər ki, bayram günü olduğu üçün polis istirahətdədir və yollarda qayda nəzarət az olacaq. Düzdür biz bayram günlərində sürücüləri cərimələrlə qorxutmaq istəmirik. Ancaq istənilən halda sürücülər bilməlidirlər ki, intizamsız sürücülərə qarşı nəzarət var və həmin sürücülər məsuliyyətə cəlb ediləcəklər".