» » » Krıma gedən azərbaycanlı biznesmənə maskalılar hücum etdi

Krıma gedən azərbaycanlı biznesmənə maskalılar hücum etdi

Krıma gedən azərbaycanlı biznesmənə maskalılar hücum etdi

Ukraynada azərbaycanlı iş adamı ailəsi ilə birgə Krıma gedərkən yolda naməlum şəxslərin hücumuna məruz qalıb. ucarliyiq.biz-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə iki gün əvvəl Zaporojye vilayətinin Melitopol şəhəri yaxınlığında baş verib.

Velikaya Novoselka şəhəri yaxınlığında yaşayan, 1978-ci il təvəllüdlü iş adamı Aslanov Vadim Aslan oğlu ailəsi ilə birgə Krıma istirahətə getmək istəyərkən dörd maskalı şəxs nömrəsiz avtomobillə onların yolunu kəsib.

Maskalılar avtomobilə zərbələr endirdikdən sonra V.Aslanovun üstünə avtomat silah çəkərək pul və qiymətli əşyaları tələb ediblər. V.Aslanova avtomatın qundağı ilə xəsarətlər yetirən quldurlar onların 10 000 dollaradək pulunu və qızıl-zinət əşyalarını alıblar.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənməyə çalışsaq da, səfirliyin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev sualları cavablandırmaqdan imtina edib.
Bir neçə gün əvvəl də Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində azərbaycanlı iş adamına qarşı təxribat törədilib. “Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb. 

Ş. Bəylərov açıqlama verərək bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı olmayıb.

Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.