» » » Moskvada Fatimənin milyonluq borc "razborka"sı: Həmidov həbs edildi

Moskvada Fatimənin milyonluq borc "razborka"sı: Həmidov həbs edildi

Moskvada Fatimənin milyonluq borc "razborka"sı: Həmidov həbs edildi

Ötən il Moskvanın Roçdelsk küçəsində yerləşən restoranlardna birində baş verən atışmanın bəzi detalları bəlli olub. Rusiya polisi “Elements” restoranında baş verən atışmanın iştirakçılarını saxlayıb. ucarliyiq.biz-in məlumatına görə, onlardan birinin azərbaycanlı olduğu ehtimal edilir.

Dekabrda baş verən hadisəyə görə, tutulanlardan biri mühəndis, digəri isə avtoritet "İtalyalı" ləqəbli avtoritet Andrey Koçuykovun dostudur. Koçuykovun həbs edilən dostunun 49 yaşlı Həmidov soyadlı şəxs olduğu bildirilir.

İki nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı "İtalyalı" özü də bir müddət öncə həbs edilmişdi. 
Moskvada Fatimənin milyonluq borc "razborka"sı: Həmidov həbs edildi

Moskvada Fatimənin milyonluq borc "razborka"sı: Həmidov həbs edildi


"Cinayət axtarış şöbəsinin əməkdaşları atışma ilə bağlı “Project“ şirkətinin 34 yaşlı mühəndisini və Andrey Koçuykovun 49 yaşlı dost saxlayıb”, - deyə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib. Hadisədə iştirak etmiş dördüncü şübhəli Eduard Romanov daha əvvəl həbs edilmişdi. 

Hadisənin "Elements" restoranının sahibəsi Janna Kim və dizayner Fatimə Misikova arasında baş vermiş borca görə baş verdiyi bildirilir. İddiaya görə, Kim Mosikovaya 8 milyon rubl (192 800 manat) borclu olub və borcu verməkdən imtina edib. Misikova isə öz növbəsində kriminal aləmin nümayəndələrinə müraciət edərək məsələni həll etməyi xahiş edib.

Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəfdən iştirak edənlərlə "razborka"ya çıxıb. Onlarla Janna Kimin adamları arasında baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb.