» » » Qəddafi azadlıqda

Qəddafi azadlıqda

Qəddafi azadlıqda

Mərhum Liviya lideri Muammar Qəddafinin oğlu Seyf-əl-İslam Qəddafi amnistiya qanunu ilə azadlığa buraxılıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə onun vəkilləri məlumat veriblər. 

Liviyanın keçmiş liderinin oğlu barədə ötən il iyul ayında Tripoli məhkəməsi hökm çıxarmışdı. Onunla birlikdə daha 9 nəfər barəsində ölüm hökmü verilmişdi. Cəzalandırılanlar arasında keçmiş Baş nazir əl-Bağdadi əl-Mahmudi və Liviya kəşfiyyatının eks-rəhbəri Abdullah əl-Sinusi də var idi.

43 yaşlı Qəddafi və digərləri "Qəddafinin devrildiyi 2011-ci ildə üsyan zamanı savaş cinayətləri" işlədikləri üçün edama məhkum edilmişdilər. 

Qəddafinin ikinci həyat yoldaşından olan ən böyük övladı Seyfulislam 2011-ci ildə Nigeriyaya qaçarkən yaxalanmışdı.

Onlar nümayişləri dayandırmaq üçün cəza dəstələri formalaşdırmaqda, həmçinin korrupsiya cinayətlərində təqsirli biliniblər.
Qəddafi azadlıqda


Liviyanın keçmiş liderinin oğlu məhkəmə salonunda olmayıb, o, qiyabi olaraq məhkum edilib.

Seyf əl-İslam Tripolidəki hökumətə tabe olmaqdan imtina edən silahlı qüvvələrin nəzarəti altındakı Zintan şəhərindəki həbsxanada saxlanılırdı.
Qəddafi azadlıqda
17 fevral 2011-ci il tarixdə Benqazi şəhərində bir qrup insan həbs olunmuş vəkil Fəthi Tarbelin azadlığa buraxılması tələbi ilə aksiya keçirib. Liviya hökuməti bu tələbi dərhal yerinə yetirsə də, aksiyaçılar evlərinə qayıtmayıblar, əksinə mağazalara, polis məntəqələrinə və digər obyektlərə hücum etməyə başlayıblar. Ona görə hökumət qüvvələri güc tədbiq etməyə məcbur qalıb. 
Qəddafi azadlıqda


Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və sairə şəhərlərini ələ keçirib. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümidi olan Sirt şəhərinə soxulublar və onu sığındığı yerdən çıxararaq vəhşicəsinə ölürüblər
Qəddafi azadlıqda