» » » Bakının mərkəzində adam öldürüldü

Bakının mərkəzində adam öldürüldü

Bakının mərkəzində adam öldürüldü

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Bakı şəhər sakini Xanlar Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsənəli Namazovu vurub.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada ölüb.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. 

Bakıda ölümlə nəticələnən daha bir qəza Xətai rayonunun Gəncə prospektində baş verib. Bakı şəhər sakini Rəhimə Məmmədova idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Nəmrut Məhərrəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Məhərrəmov orada ölüb.

Daha bir piyada ölümü isə Sumqayıtda qeydə alınıb. Şəhərin K.Axundov küçəsində şəhər sakini Sərxan İmamov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Mirzəağa Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş M.Kazımov orada ölüb.