» » » Ata oğlanla danışan qızını güllələdi

Ata oğlanla danışan qızını güllələdi

Ata oğlanla danışan qızını güllələdi

Türkiyədə ata oğlanla danışan qızını güllələyib. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Diyarbakır vilayətinin Çüngüş qəsəbəsində baş verib. Məlumata görə, M.H.Ç. adlı kişi 19 yaşlı qızı R. Ç ilə oğlanla danışdığı üçün mübahisə edib. Mübahisədən sonra 19 yaşlı qız evdən bayıra çıxıb. 

Bundan daha da əsəbləşən  M.H.Ç. evində saxladığı "Kalaşnikov"la evin pəncərəsindən qızına atəş açmağa başlayıb. 8 dəfə atəş açan ata qızını qarın ve qol nahiyəsindən yaralayıb. Ağır yaralanan gənc qız ətrafdakı insanların əraziyə çağırdığı təcili yardımla xəstəxanaya çatdırılıb. 

Hadisədən dərhal sonra əraziyə gələn polis əməkdaşları silahıyla birlikdə qaçan atanın tutulması üçün əməliyyata başlayıb.

Aparılan araşdırmalar nəticəsində M.H.Ç.-nin bu gün vilayətin sərhədlərindən kənarda boş bir ərazidə olduğu müəyyən edilib. Polisin həyata keçirdiyi əməliyyatla qızını güllələyən kişi tutularaq istintaqa cəlb edilib.