» » » Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi

Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi

Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi

Sankt-Peterburqda boks üzrə Rusiya çempionu İvan Staninin qətlində şübhəli bilinən azərbaycanlı və erməni axtarılır.

ucarliyiq.biz-in "news.am"a istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Sankt-Peterburq üzrə İstintaq Komitəsindən bildirilib ki, 2015-ci il martın 30-də axşam saatlarında yolun hərəkət hissəsində aralarında yaranan münaqişə zamanı 29 yaşlı İslam Əliyev xuliqanlıq zəminində boks və döyüş növləri üzrə dəfələrlə Rusiyada mükafatlar qazanmış 20 yaşlı İvan Staninə və onun yanında olan tanışına bir neçə dəfə bıçaqla zərbə endirib. Daha sonra İ.Staninin dostunu döyərək erməni Arakelyanla birlikdə "İnfiniti" markalı avtomobillə hadisə yerindən qaçıblar.
Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi


Ağır xəsarət alan idmançı hadisə yerində ölüb, ikinci zərərçəkən isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanada ona müvafiq tibbi yardım göstəriblər.

Qətli törədən İ. Əliyevə ittiham elan olunub və onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. O və dostu Arakelyan barəsində federal axtarış elan edilib.

Rusiya Federasiyasının İstintaq Komitəsi Əliyev və Arakelyan barədə xəbəri olanların polisə məlumat vermələri barədə müraciət edib.
Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi

Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi

Təxminən bir həftə əvvəl də Freyzer ləqəbli İvan Staninin qətlində şübhəli bilinən Eldar Musayev adlı şəxsin saxlanması barədə məlumat yayılıb. Bildirilirdi ki, 28 yaşlı Musayev barəsində həbs qəti imkan tədbiri seçilib.
Saxlanan Musayevin adı daha əvvəl avtomobil “razborka”larinda iştirakçı kimi hallanıb. Məlumat verilmişdi ki, məhz belə “razborka”lardan birində İvan Stanin bıçaqla ölümcül xəsarətlər alıb. 
Şübhəli şəxs könüllü olaraq öz vəkilinin müşaiyəti ilə Sankt-Peterburqda polisə təslim olub və istintaq zamanı həbs edilib. İstintaq komitəsi hadisə zamanı onunla birlikdə olan iki cinayətkarı da tapmağa çalışırdı.
Rus boksçunun ölümündə erməni və azərbaycanlı əlbirliyi