» » » İbrahim Nehrəmli niyə məhkəməyə verildi?

İbrahim Nehrəmli niyə məhkəməyə verildi?

İbrahim Nehrəmli niyə məhkəməyə verildi?

Avesta Konsern" MMC-nin rəhbəri, iş adamı İbrahim İbrahimov (Nehrəmli)  "Bakı Mexanikləşdirmə-1" ASC-nin ona məxsus şirkəti məhkəməyə verməsinə aydınlıq gətirib. ucarliyiq.biz-ə açıqlama verən İbrahim Nehrəmli bildirib ki, ona məxsus "Avesta Konsern"inin "Bakı Mexanikləşdirmə-1" ASC-yə 10 min manat borcu var. Məhkəmə çəkişməsi də bununla əlaqədardır

"Bunlar mənim işlərimdən 1 milyon pul qazanıblar. Daha sonra onların bir qaldırıcı kranı gedərkən burada qalıb. İndi də gəliblər ki, həmin krana görə bizə pul verməlisən. Biz də deyirik ki, həmin texnika burada qaldığ müddətdə onunla heç bir iş görülməyib, vaxtında gəlib kranınızı aparardız. İndi bu texnika 3 il burada boş-boşuna qalsa, gələcəklər ki, mənə 300 min pul ver?. İndi ortada belə bir anlaşılmazlıq yaranıb. Mən də, həmin pulu verməkdən imtina edirəm". 

Hacı İbrahim işin məhkəmədə olduğunu, yekun qərarı məhkəmənin verəcəyini bildirdi.
İbrahim Nehrəmli niyə məhkəməyə verildi?


Bu gün yerli mətbuatda "Bakı Mexanikləşdirmə-1"nin ASC "Avesta Konsern" MMC-ni məhkəməyə verməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, məhkəməyə üz tutan ASC Nehrəmlinin şirkətindən xidmətin və icarə haqqının ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konsern" MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.