» » » İranın neft kompleksində güclü yanğın

İranın neft kompleksində güclü yanğın

İranın neft kompleksində güclü yanğın

İranda neft-kimya kompleksində yanğın olub. Hadisə ölkənin cənub qərbindəki Bəndər-Mahşəhr şəhərində baş verib. ucarliyiq.biz-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, yanğının qonşu rayonlara yayılması ehtimalı yüksək olub. 

Yanğının tezalışan paraksilol adlı zəhərli maddənin sızması nəticəsində baş verdiyi ehtimal edilib. Mənbənin məlumatına görə, artıq yanğın söndürülüb. Ölən və yaralıların olması haqqında rəsmi məlumat verilməyib. Yalnız yerli KİV-lər insidentdə 2 nəfərin öldüyünü bildirib.
Bəndər-Mahşəhr neft əldə edilən liman şəhəridir. Şəhərdə "qara qızıl"ı birbaşa mənbəyi ilə birləşdirən boru kəmərləri, neft emalı zavodu və neft anbarı var.