» » » Qonşu ölkədə zəlzələ baş verdi

Qonşu ölkədə zəlzələ baş verdi

Qonşu ölkədə zəlzələ baş verdi

Cənub qonşumuz İranda 5 bal gücündə zəlzələ baş verib. ucarliyiq.biz-in "Tass" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 56 km şimalda olub. Zəlzələnin ocağı isə yer səthindən 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. 
Bir neçə gün əvvəl İranda baş verən zəlzələ Azərbaycan ərazisində də hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindənverilən məlumata görə,  yeraltı təkanlar iyunun 22-də saat 20:56-da qeydə alınıb. Zəlzələ Naxçıvandan 86 km cənub-qərbdə olub.

2 km dərinlikdə olan təkanların maqnitudası 4.6 olub. Zəlzələ Naxçıvanda bəzi insanlar tərəfindən 3 bala qədər hiss olunub.

İranda ilk zəlzələ ötən gün yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.6 bal, dərinliyi 5 km olub.

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.