» » » Ukraynada azərbaycanlıya məxsus qızılı "Galendewagen" cərimə meydançasına aparıldı

Ukraynada azərbaycanlıya məxsus qızılı "Galendewagen" cərimə meydançasına aparıldı

Ukraynada azərbaycanlıya məxsus qızılı "Galendewagen" cərimə meydançasına aparıldı

Ukraynanın Odessa şəhərində azərbaycanlıya məxsus qızılı “Galendewagen” avtomobili cərimə meydançasına aparılıb. ucarliyiq.biz-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, polis avtomobilin düzgün park edilmədiyini görüb və sahibi gözləmədən evakuator vasitəsilə onu meydançaya aparıb.

Odessa patrul polisinin rəhbəri Yevgeni Stelmax hadisə barədə öz "Facebook" səhifəsində də məlumat verib. Onun sözlərinə görə, maşın hələ də cərimə meydançasındadır. 

"Bu maşının sahibinin zövqü nədir belə? Demək ki, qızılı külcə və unitazı sevən təkcə Yanukoviç və Pşonka deyilmiş. Mən Azərbaycan nömrəsini maşının üzərində görməsəydim, inanardım ki, bu maşının sahibi də elə onların komandasından olanlardır", - deyə Stelmax yazıb.
Məlumatda deyilir ki, maşının sahibi təkcə parketməni düzgün yerinə yetirmədiyinə görə cəriməni deyil, eyni zamanda, evakuator xidmətinin və cərimə meydançasının da pulunu ödəməli olacaq. 
Ukraynada azərbaycanlıya məxsus qızılı "Galendewagen" cərimə meydançasına aparıldı
Daha sonra sosial şəbəkələrdə avtomobilin cərimə meydançasına salınması barədə qərar verən polisin adı da açıqlanıb. “Bu, yol patrul polisi Vladdır J O, həmin bu “Qalik”i avtobus dayanacağına park edildiyi üçün evakuatorla cərimə dayanacağına göndərdi. Bundan sonra mən dəyişikliklərə inandım. Ümid edirəm ki, sabah Vladı işdən azad etməyəcəklər”- deyə Twitter istifadəçilərindən biri avtomobilin fotolarını paylaşaraq yazıb. Kadrlardan görünür ki, avtomobilin dövlət nömrə nişanı 90 KK 222-dir.