» » » 14 yaşlı yeniyetmə kanalda boğuldu

14 yaşlı yeniyetmə kanalda boğuldu

14 yaşlı yeniyetmə kanalda boğuldu

Göyçayda 14 yaşlı oğlan su kanalında batıb. ucarliyiq.biz-in məlumatına görə, hadisə Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Vüqar Elşad oğlu Məmmədov tanışları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən boğulub.

Oğlanın meyitini sudan çıxara bilməyən kənd sakinləri dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarına məlumat veriblər. 

Əraziyə gələn FHN əməkdaşlarının apardıqları axtarışlar nəticəsində 14 yaşlı yeniyetmənin meyiti batdığı yerdən 100 metr aralıda sudan çıxarılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son günlər suda boğulma faktlarında ciddi artım müşahidə olunur. Ötən gün daha bir boğulma hadisəsi Qaradağ rayonunun Sahil qəsəbəsinin dəniz çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Emil Əlicanov Şıxovdakı çimərlikdə çimərkən boğulub. Xilasedicilərin səyi nəticəsində meyit sudan çıxarılıb.