» » » Maşın ağaca çırpıldı, sürücü dünyasını dəyişdi

Maşın ağaca çırpıldı, sürücü dünyasını dəyişdi

Maşın ağaca çırpıldı, sürücü dünyasını dəyişdi

Tovuzda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə Xatınlı kəndində qeydə alınıb. Kənd sakini 1989-cu il təvəllüdlü Fətəli Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yolun kənarındakı divara çırpılıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 
Qərb bölgəsində ötən gün də ölümlə nəticələnən ağır qəza baş verib. Ağstafa rayonunun Dağkəsəmən kəndində rayon sakini Turan Rzayevin idarə etdiyi “VAZ-2106” markalı maşın yolun kənarında dayanan “VAZ-21011”-ə çırpılıb, daha sonra isə yolu keçən piyadanı vurub.

Dağkəsəmən kənd sakini Gülarə Yusubova xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın orada dünyasını dəyişib.