» » » Dağıstanda antiterror əməliyyatı aparılır

Dağıstanda antiterror əməliyyatı aparılır

Dağıstanda antiterror əməliyyatı aparılır

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib. ucarliyiq.biz-in "rbc.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin Qərargahından bildirilib. Məlumata görə, iyunun 7-nə keçən gecə antiterror əməliyyatı rejimi Qarabudağkənd rayonunda elan edilib:

"İyunun 7-nə keçən gecə qanunsuz silahlı birləşmələrin, onların havadarlarının və iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində xüsusi tədbilərin keçirilməsinə başlayıb. Keçirilən antiterror tədbirləri zamanı bəzi xüsusi əməliyyat-axtarış tədbirləri görüləcəyi üçün müvəqqəti məhdudiyyətlər əhali üçün olacaq. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir". 
Dağıstanda antiterror əməliyyatı aparılır


Hələlik əməliyyatlar barədə ətraflı məlumat verilmir.

Bundan əvvəl də bir neçə dəfə Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib. Sonuncu belə rejim iyunun 30-də Dağıstanın üç rayonda qanunsuz silahlı birləşmələrin müəyyənləşdirilməsi, onların havadarlarının ləğv edilməsi və iştirakçıların axtarışı məqsədi ilə edilib. Həmin əməliyyatlar Xunzaxs, Qubins və Şamil rayonlarında keçirilib.