» » » Erməni məhbus etiraz olaraq gözlərini tikdi

Erməni məhbus etiraz olaraq gözlərini tikdi

Erməni məhbus etiraz olaraq gözlərini tikdi

Ermənistanda məhbus məhkəmənin qərarına etiraz olaraq gözlərini tikib. ucarliyiq.biz-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, söhbət "Nubaraşen" həbsxanasının məhkumundan gedir.

Cinayət-icra idarəsinin məlumatına görə, məhbus ona qarşı irəli sürülmüş ittiham üzrə şikayət edib. Amma şikayətinə baxılmadığını görəndə hər iki gözünü  tikmək qərarına gəlib. 

"Nubaraşen" həbsxanasının verdiyi məlumata görə, məhkum onun adının açıqlanmasını istəmir.