» » » Azərbaycanda dini təriqət təbliğatçıları saxlanıldı

Azərbaycanda dini təriqət təbliğatçıları saxlanıldı

Azərbaycanda dini təriqət təbliğatçıları saxlanıldı

Quba polisi qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ edən şəxsləri saxlayıb. ucarliyiq.biz-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və izahatları alındıqdan sonra buraxılıblar.