» » » Nəzir qutularının qənim kəsilən 6 nəfər tutuldu

Nəzir qutularının qənim kəsilən 6 nəfər tutuldu

Nəzir qutularının qənim kəsilən 6 nəfər tutuldu

Polis əməkdaşları nəzir qutularına qənim kəsilən şəxsləri saxlayıb. ucarliyiq.biz-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

Həmin şəxlər şəhər sakinləri İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyevdir. 

Daha bir oğurluq faktına görə isə Ağsu sakini tutulub. Belə ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində naməlum şəxs Bakı şəhər sakini Rübabə Cabbarovaya zor tətbiq ederək qızıl boyunbağısını alıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Hakim Hüseynov tutulub.