» » » Evə basqın edən şəxs ana və oğlunu döydü

Evə basqın edən şəxs ana və oğlunu döydü

Evə basqın edən şəxs ana və oğlunu döydü

Evə oğurluğa girən şəxs ana və oğlunu döyüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, naməlum şəxs Zeynəb Haqverdiyevanın yaşadığı evə girib onu və oğlu Namiqi döyərək pul vermələrini tələb edib. 

Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qulduruluq faktını törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Cəfərzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda isə "Körpələr evi" və uşaq bağçasından oğurluq edən şəxs tutulub. İyulun 6-na keçən gecə Xətai rayonu ərazisindəki Körpələr evindən və uşaq bağçasından məişət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsi (PB) və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.