» » » Restorana silahlı hücum, ölən və yaralananlar var

Restorana silahlı hücum, ölən və yaralananlar var

Restorana silahlı hücum, ölən və yaralananlar var

Türkiyədə yerləşən restorana silahlı hücum olub, ölən və yaralanan var. ucarliyiq.biz-in məlumatına görə, hadisə Türkiyənin Diyarbəkir şəhərində qeydə alınıb.

Təzə şəhər əyalətində restoranlardan birinə əlində silah olan bir naməlum daxil olub və atəş açmağa başlayıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə yaralanıb. 

Şahidlərin sözlərinə görə, restoranda yemək yedikdən sonra hesaba etiraz edən müştərilərlə restoran əməkdaşları arasında mübahisə yaşanıb. Mübahisə daha sonra dava ilə nəticələnib. Daha sonra müştərilər hesabı ödəmədən restorandan çıxıb gediblər.

Bir neçə saatdan sonra restorana əli silahli biri hücum edib və atəş açmağa başlayıb.

Silahlı hücum nəticəsində restoran sahiblərindən olan 35 yaşlı Əli Akkurak həyatını itirib. Yaralanan digər üç nəfər isə Eyyübi Dövlət və Veteran Yaşargil Təhsil və Araşdırma xəstəxanasına çatdırılıblar.

 Hazırda şübhəlilərin tutulması üçün iş başlanılıb.
Bənzər hadisə bu ay Serbiyada da yaşanıb. İnsident paytaxt Belqraddan 50 kilometr aralıda yerləşən Zrenyanin şəhərində qeydə alınıb. Əli silahlı şəxs burada yerləşən kafelərdən birinə daxil olaraq, əvvəlcə həyat yoldaşına, sonra kafedə olan digər şəxslərə atəş açıb.
Restorana silahlı hücum, ölən və yaralananlar var


Şahidlərin yerli mətbuata verdikləri məlumata görə, hücum edən şəxs əvvəlcə kafeyə gəlib və burada həyat yoldaşını dostları ilə görüb kafedən çıxıb. Daha sonra isə yenidən kafeyə əlində silahla girib və hadisəni törədib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub. Polis şübhəli şəxsi həbs edib. Yaralılar isə dərhal xəstəxanalara yerləşdiriliblər.
Restorana silahlı hücum, ölən və yaralananlar var