» » » İş adamının sirli qətlinin üstü açılıb

İş adamının sirli qətlinin üstü açılıb

İş adamının sirli qətlinin üstü açılıb

Xaçmaz rayonunda öldürülən  iş adamının qətlinin üstü açılıb. Hüquq-mühafizə orqanlarından ucarliyiq.biz-ə verilən məlumatına görə, 53 yaşlı iş adamı İlqar Məmmədov öz evində iki nəfər tərəfindən qətlə yetirilib.

Xaçmaz polis və prokrorluq əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış tədirləri nəticəsində qətli törədən şəxlərdən biri saxlanılıb.
İş adamının sirli qətlinin üstü açılıb


Saxlanılan şəxs  Xaçmazın Ağyazı Buduq kənd sakini 25 yaşlı Qalib Nəcməddin oğlu Kərimovdur. Qətli törədən digər şəxs isə axtarışda olduğu üçün adı açıqlanmır. Axtarışda olan şəxs də Xaçmaz rayon sakinidir.

 Polisin verdiyi məlumata görə, iş adamı tamah məqsədi ilə öldürülüb.  Qalib Kərimov da qətli tamah məqsədi ilə törətdiklərini etiraf edib.

Amma saxlanılan şəxs evdən pul aparmadığını desə də,  hüquq-mühafizə orqanları onun söylədiklərində nə qədər səmimi olub-olmamasını araşdırır.

Qətl Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən araşdırılır. 
İş adamının sirli qətlinin üstü açılıb

İş adamının sirli qətlinin üstü açılıb

İş adamının sirli qətlinin üstü açılıb

İş adamı İlqar Məmmədov iyunun 16-da öz evində qətlə yetirilib.

Onun evinin həyətində tapılan meyitinin üzərində zorakılıq əlamətləri olub. Hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib. Ailəsi uşaqları tələbə olduğundan Bakıda yaşayan mərhum ərzaq mallarının topdansatışı ilə məşğul olub. Mərhum bıçaqla qətlə yetirilib.