» » » Daha bir ağır yol qəzası, yaralılar var

Daha bir ağır yol qəzası, yaralılar var

Daha bir ağır yol qəzası, yaralılar var

Cəlilabad rayonunda ağır yol hadisəsi baş verib. ucarliyiq.biz-in məlumatına görə, səhər saat 6 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Alar kənd sakini Bahəddin Salayevin idarə etdiyi "Vaz 21 06" markalı avtomobillə, Qazax rayon sakini İlqar Cəfərovun idarə etdiyi "Ford Tranzit" markalı kiçik həcmli yük avtomobili toqquşub.

Zərbənin təsirindən "Ford" markalı avtomobil bir neçə dövrə vuraraq yol kənarına düşüb. Hadisə zamanı ölüm faktı qeydə alınmasa da, qəza nəticəsində "VAZ 21 06" markalı avtomobilin sürücüsü Bahəddin Salayev ağır yaralanıb. 

O, ağır xəsarətlərlə hadisə yerinə gələn təcili yardım avtomobili vasitəsilə Biləsuvar rayon xəstəxanasına aparılıb. Onun sərnişini olan qardaşı Şamxal Salayev və "Ford"un sürücüsü İlqar Cəfərov isə nisbətən yüngül xəsarət aldıqları üçün, onlara yerindəcə ilkin yardım göstərilib. 

Hadisə şahidlərinin və "Ford" markalı kiçik həcmli yük avtomobilinin sürücüsünün dediyinə görə, qəzaya səbəb kolonla hərəkət edən stullarla yüklü avtomobillərin önündə gedən "VAZ 21 06" ötmə əməliyyatını həyata keçirərkən qarşı yola çıxıb və idarəetməni itirib.
Daha bir ağır yol qəzası, yaralılar var

Daha bir ağır yol qəzası, yaralılar var

Daha bir ağır yol qəzası, yaralılar var