» » » Birləşmiş Ştatlarda öldürülən polis zabitlərinin sayı artdı

Birləşmiş Ştatlarda öldürülən polis zabitlərinin sayı artdı

Amerika Birləşmiş Ştatlarında qaradərililərin etirazları pik həddə çatıb. ucarliyiq.biz-in məlumatına görə, polisin qaradərili insanları qətlə yetirməsinə qarşı Dallasda keçirilən etiraz aksiyasında atışma baş verib.
Birləşmiş Ştatlarda öldürülən polis zabitlərinin sayı artdı

Vətəndaşlar dinc şəkildə yürüş edən zaman şəhərin mərkəzindən güllə səsləri gəlib. Atəş səsindən sonra polis dəstələri yaxınlıqdakı yeraltı dayanacağa daxil olub və atəş açan şəxsin axtarışlarına başlayıb.

Yanğınsöndürənlər və ərazidə olan polislər etiraz edən sakinləri hadisə yerindən uzaqlaşdırmağa çalışıb.

BBC-nin yaydığı məlumata görə, atışmada 5 polis zabiti qətlə yetirilib, 11 nəfər yaralanıb. Dallas polis idarəsinin rəisi Devid Braun verdiyi açıqlamada silahlı hücumun kimliyi bəlli olmayan 2 snayper tərəfindən həyata keçirildiyini açıqlayıb.

Həmin şəxslərin genişmiqyasli axtarışı aparılır. Son məlumatlara görə, snayperlərdən biri xüsusi təyinatlı qüvvələr tərəfindən saxlanılıb. Digər silahlı şəxsin isə axtarışları davam edir.