» » » Həbs edilən sabiq milli təhlükəsizlik nazirindən şikayət

Həbs edilən sabiq milli təhlükəsizlik nazirindən şikayət

Həbs edilən sabiq milli təhlükəsizlik nazirindən şikayət

Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəməkdə təqsirləndirilərək 14 il azadlıqdan məhrum edilən, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Bu barədə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.
Həbs edilən sabiq milli təhlükəsizlik nazirindən şikayət


Vəkil bildirib ki, şikayətdə sabiq nazirə bəraət istənilib. Sənəd bu gün Naxçıvan Apelyasiya Məhkəməsinə təqdim edilib.

V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.
Həbs edilən sabiq milli təhlükəsizlik nazirindən şikayət
İyunun 24-də Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.