» » » Dağıstanda bir qrup terrorçu zərərsizləşdirilib

Dağıstanda bir qrup terrorçu zərərsizləşdirilib

Dağıstanda bir qrup terrorçu zərərsizləşdirilib

Dağıstanda bir qrup terrorçu məhv edilib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Şimali Qafqaz regionu üzrə Respublika idarəetmə nümayəndəsi Rəsul Temirbəkov deyib.

 "Xüsusi təyinatlı dəstənin saxlanılan şəxslərinin ifadəsi əsasında Qarabudaqkənddə meşəlik ərazidə keçirdiyi əməliyyat zamanı "Mahaçqala" adlı quldur dəstənin 9 üzvü, o cümlədən, dəstə rəhbəri Hüseyn Tahirov öldürülüb", - deyə Rəsul Temirbəkov bildirib.
Dağıstanda bir qrup terrorçu zərərsizləşdirilib


Dağıstanın hüquq mühafizə orqanlarının məlumatına görə, Qarabudaqkənd rayonunda daha iki yaraqlı külli miqdarda silah-sursatla birlikdə saxlanılıb. 

Yaraqlılarla döyüş zamanı bir polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

Ötən gün Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib. Milli Antiterror Komitəsinin Qərargahından verilən məlumata görə, iyulun 7-nə keçən gecə qanunsuz silahlı birləşmələrin, onların havadarlarının və iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində xüsusi tədbilərin keçirilməsinə başlayıb:

"Keçirilən antiterror tədbirləri zamanı bəzi xüsusi əməliyyat-axtarış tədbirləri görüləcəyi üçün müvəqqəti məhdudiyyətlər əhali üçün olacaq. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir".