» » » İt dişləyən 10 yaşlı uşaq öldü

İt dişləyən 10 yaşlı uşaq öldü

İt dişləyən 10 yaşlı uşaq öldü

Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb. Bu barədə ucarliyiq.biz-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, Salyan rayonunun Dayıkənd sakini İsmayılov Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib. "Dişləmə qeydə alınan gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub. Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o, quduzluğa yoluxub".
İt dişləyən 10 yaşlı uşaq öldü


Rita İsmayılova bildirdi ki, daha sonra uşaq Bakıya gətirilib, onun 1 saylı uşaq yoluxucu xəstəxanasında simptomatik müalicəsi aparılıb. Buna baxmayaraq, azyaşlının  həyatını xilas etmək mümkün olmayıb və o, iyulun 7-də vəfat edib. Qurum rəsmisi vurğuladı ki, insanda quduzluq qeydə alınırsa, onun heç bir müalicəsi yoxdur və bu, ölümlə nəticələnir.

Sonda şöbə müdiri əhaliyə müraciət edərək, valideynləri uşaqlarını və özlərini naməlum heyvanlardan qorumağa çağırıb. O, valideynlərə uşaqlarını sahibsiz buraxmamağı məsləhət görür. Rita İsmayıova bildirir ki, istənilən dişləmə olduqda dərhal həkimə müraciət edilməli və lazımi iynə vurulmalıdır. 

Bənzər hadisə mayın 27-də Zaqatalada olub. Sahibsiz itin dişlədiyi 3 uşaq anası, Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova yerləşdirildiyi Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

Müayinə zamanı məlum olub ki, it qadını bir ay öncə dişləyib. Lakin o, həkimə müraciət etməyib.