» » » Azərbaycanda 6 aya 14 mindən çox cinayət

Azərbaycanda 6 aya 14 mindən çox cinayət

Azərbaycanda 6 aya 14 mindən çox cinayət

Bu ilin 6 ayı ərzində Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 251 cinayət qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, bunu iyulun 8-də nazirlikdə 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

Nazir müavini deyib ki, qeydə alınan cinayətlərin 94,2 faizi və ya 13 429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub:

"Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb".
Azərbaycanda 6 aya 14 mindən çox cinayət
V.Eyvazov bildirib ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.