» » » Amerika polisinə qarşı etirazlar səngimir

Amerika polisinə qarşı etirazlar səngimir

Amerika polisinə qarşı etirazlar səngimir

ABŞ-da polislərə qarşı aksiyalar keçirilib, bir neçə küçədə hərəkət dayandırılıb. Minlərlə insan küçələrə çıxaraq qaradərililərin polis tərəfindən öldürülməsinə etirazını bildirib. ucarliyiq.biz-in "Reuters"ə istinadən verdiyi məlumata görə, etiraz yürüşləri Nyu-York, Atlanta, Filadelfiya şəhərlərində keçirilib və Feniks, San-Fransisko şəhərlərində də baş tutacağı bildirilib.

Məlumata görə, ən genişmiqyaslı etirazlar Atlanta şəhərində yaşanıb. Yürüşə qatılanlar polis əleyhinə şüarlar səsləndirib, ədalətli münasibətin olmasını tələb ediblər. Etirazçılara qarşı onlarla polis texnikası cəlb olunub.

Atlanta şəhərinin meri Kasim Rid aksiyaların dinc xarakterli keçirildiyini söyləyib. Buna baxmayaraq, 10 nəfər etirazçının həbs olunduğu bildirilib.
CBS46 NewsTexas ştatının Dallas şəhərində 5 polis zabitini snayperlə qətlə yetirən silahlılardan ikisi xüsusi təyinatlı qüvvələr tərəfindən tutulub. ucarliyiq.biz-in məlumatına görə, BBC xəbər verir ki, snayperlərdən üçüncüsü intihar edib.
Amerika polisinə qarşı etirazlar səngimir


Dallasda toqquşmalar iki afroamerikalının öldürülməsindən sonra başlayıb. Əvvəlcə iyulun 4-də Luiziana ştatının Baton-Ruj şəhərində iki polis bir afroamerikalını yerə uzadıb, daha sonra polislərdən biri ona atəş açıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb. Dallasda aksiyalar faciə ilə nəticələnib.