» » » Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı

Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı

Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı

Ötən gün Ulyanovsk şəhər Lenin rayon məhkəməsində "alovlu kollektor" kimi tanınan Dmitri Yermilovun cinayət işi üzrə ilk iclas keçirilib. ucarliyiq.biz-in məlumatına görə, 44 yaşlı Yermilovun ucbatından 2 yaşlı azərbaycanlı Ruslan Hüseynov ağır yanıq xəsarətləri almışdı. 
Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı


Azərbaycanlı ailənin evinə od vuran kollektoru üç cinayət maddəsi üzrə ittiham edirlər. Onların arasında 2 şəxsə qarşı sui-qəsd və ağır nəticələrə səbəb olan əmlaka ziyan maddələri də var.  

Əgər məhkəmə onun günahını sübuta yetirsə Yermilovu ömürlük həbs cəzası gözləyir. İlk iclas zamanı Yermilov günahını inkar edib və günahsız olduğunu bildirib.

Məhkəmə zamanı çıxış edən Ruslanın atası Hüseynov  günahkarın çəzalanmasını tələb edib. Məhkəmə bu gün davam edəcək. 
Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı

Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı


Ötən il yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə “Molotov kokteyli” atıb. “Molotov kokteyli” ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.

Nəticədə uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıb. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.
Azərbaycanlı ailəyə od vuran rusun məhkəməsi başladı


İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit götürdüyünü və dərhal onu qaytardığını bildirib. Onun sözlərinə görə buna baxmayaraq onun borclu qaldığı bildirilib. Faizlər 40 min rubla (820 manat) qalxıb. Ailə borcu qaytarmaqda çətinliklə üzləşib.

Körpənin qohumlarının sözlərinə görə, onlar bir neçə dəfə kollektorların təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər.

Kollektor kimdir və o nədən ötrü yaradılıb?

Kollektor agentliyi müəssisə, təşkilat, fiziki şəxs, yerli icra hakimiyyəti orqanları, kredit təşkilatlarının adından qanun çərçivəsində borcların yığılmasını və portfellərin idarə olunmasını təmin edir. Kollektor isə borclu müştəri ilə profilaktik və maariflənmə işləri aparan şəxsdir.
Rusiyada yandırılan azərbaycanlı uşaqdan son xəbər (VİDEO, FOTO)