» » » İraqda ağır yol qəzasında 17 nəfər həyatını itirdi

İraqda ağır yol qəzasında 17 nəfər həyatını itirdi

İraqda ağır yol qəzasında 17 nəfər həyatını itirdi

İraqda baş verən ağır yol qəzasında 17 nəfər həlak olub. ucarliyiq.biz-in yerli telekanala istinadən verdiyi məlumata görə, hadisə ölkənin qərbində yerləşən Əl-Kut şəhərinin şimalında baş verib. 

Telekanalın polisə istinadən verdiyi məlumatda bildirilir ki, Əl-Kut istiqamətində hərəkət edən KİA markalı avtobus texniki nasazlıq səbəbindən yoldan çıxıb və Əl-Kutdan Bağdada gedən taksi ilə toqquşub. Nəticədə 17 nəfər - 5 nəfər taksidə və 12 nəfər avtobusda olan insan həlak olub. Ölənlər arasında 4 qadın və 2 uşaq var. 

Hadisə yerinə polis gəlib, meyitlər morqa aparılıb.
Yol qaydalarına riayət olunmaması və yolların keyfiyyət səviyyəsinin aşağı olmasına görə, hər il İraqda minlərlə insan avtoqəza qurbanı olur. Rəsmi məlumatlara görə, 2015-ci ildə yollarda baş verən qəzalarda 2 500 nəfər ölüb, 9 500 yaralanıb.