» » » İŞİD Suriyada helikopter vurdu, iki rus pilotu həlak oldu

İŞİD Suriyada helikopter vurdu, iki rus pilotu həlak oldu

İŞİD Suriyada helikopter vurdu, iki rus pilotu həlak oldu

Suriyada iki Rusiya pilotu həlak olub. ucarliyiq.biz-in Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, pilotlar Palmira şəhəri yaxınlığında yoxlanış uçuşu həyata keçirdikləri zaman atəşə tutulublar. Nazirliyin məlumatına görə, iyulun 8-də İŞİD qruplaşmasının bir qrup döyüşçüsü Palmiranın şərqində yerləşən Suriya ordusunun mövqelərinə hücum edib. Müdafiəni yararaq terrorçular strateji yüksəklikləri ələ keçirə biliblər. Bu zaman rusiyalı pilotlar Rəfaqət Həbibulin və Yevgeni Dolqin Mi-25 helikopterində yoxlama uçuşu həyata keçiriblər.

"Ekipaj Suriya komandanlığından silahlılara atəş açmaq əmrini alıb. Ekipajın komandiri Rəfaqət Həbibulin terrorçulara hücum etmək qərarını verib. Rusiya ekipajının düzgün hərəkətləri ilə terrorçuların hücumunun qarşısını almaq mümkün olub" - deyə nazirliyin məlumatında deyilir.

Helikopter qeri dönən zaman terrorçular onu yerdən vurublar. Helikopter Suriya ordusunun nəzarətində olan əraziyə düşüb, ekipaj həlak olub.
İŞİD Suriyada helikopter vurdu, iki rus pilotu həlak oldu
Nazirliyin məlumatına görə, rusiyalı hərbi pilotlar yüksək dərəcəli dövlət mükafatlarına layiq görülüblər.