» » » Kaliforniyada 3 afroamerikalı güllələndi

Kaliforniyada 3 afroamerikalı güllələndi

Kaliforniyada 3 afroamerikalı güllələndi

ABŞ-ın Kaliforniya ştatında baş verən atışma zamanə 3 nəfər həlak olub. ucarliyiq.biz-in  "Los Angeles Times" qəzetinə istinadən verdiyi məlumata görə, atəş ştatın San-Bernandino şəhərində qeydə alınıb. 
Kaliforniyada 3 afroamerikalı güllələndi


Məlumata görə, 26 yaşlı Trevon Lamar Uilyams 9 yaşlı oğlu və 25 yaşlı Semeti Mahan ilə birgə çaxır mağazasından çıxarkən onlara silahlı şəxs yaxınlaşıb və atəş açıb. Nəticədə hər üç bəfər yerindəcə dünyasını dəyişib. 

San-Bernandino polisinin nümayəndəsi Viki Servantesin sözlərinə görə, hazırda cinayətkarın hansı səbəbdən qətli törətdiyi məlum deyil. 

Öldürülənlərdən biri Semeti Maxan silahlı qruplaşmalardan birinin üzvü olub və atəş açan şəxsin əsas hədəfi də elə o olub. Ata və oğlun Maxanla hansı əlaqəsi olduğu isə araşdırılır.  
Kaliforniyada 3 afroamerikalı güllələndi
A heart wrenching cry of a mother whose 9 year old was shot and killed last night in #SanBernardino. pic.twitter.com/cdBRVpnVZl— Irfan Khan (@latfoto) 9 июля 2016 г.
Qətlə yetirilən uşağın anası
Bundan əvvəl San-Bernandinoda ötən ilin dekabrında atışma zamanı 14 nəfər qətlə yetirilmişdi. Hücum qeyri-hökümət təşkilatı olan "Inland Regional Center"ə edilmişdi. Avtomatla silahlanan şəxslər binaya daxil olaraq insanlara atəş açıblar.
Silahlı şəxslər hadisə yerindən tünd avtomobildə qaça biliblər. Daha sonra polis avtomobili saxlayarkən atışma baş verib. Nəticədə iki şübhəli öldürülüb.