» » » Suriyada vurulan Rusiya helikopterinin videogörüntüləri yayıldı

Suriyada vurulan Rusiya helikopterinin videogörüntüləri yayıldı

Suriyada vurulan Rusiya helikopterinin videogörüntüləri yayıldı

Suriyada İŞİD terrorçu qruplaşması tərəfindən vurulan Rusiya ordusuna məxsus Mi-25 helikopterinin görüntüləri yayılıb.

ucarliyiq.biz-in məlumatına görə, internetdə yayılan görüntülər iddia edilir ki, Mi-25 helikopterinə aiddir.

Video görüntü Rusiya mətbuatında geniş şəkildə yayılıb. Qeyd olunur ki, bu kadrlar təbliğat xarakterli də ola bilər.
 
21:55 / İŞİD Suriyada helikopter vurdu, iki rus pilotu həlak oldu

Suriyada iki Rusiya pilotu həlak olub. ucarliyiq.biz-in Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, pilotlar Palmira şəhəri yaxınlığında yoxlanış uçuşu həyata keçirdikləri zaman atəşə tutulublar. Nazirliyin məlumatına görə, iyulun 8-də İŞİD qruplaşmasının bir qrup döyüşçüsü Palmiranın şərqində yerləşən Suriya ordusunun mövqelərinə hücum edib. Müdafiəni yararaq terrorçular strateji yüksəklikləri ələ keçirə biliblər. Bu zaman rusiyalı pilotlar Rəfaqət Həbibulin və Yevgeni Dolqin Mi-25 helikopterində yoxlama uçuşu həyata keçiriblər.

"Ekipaj Suriya komandanlığından silahlılara atəş açmaq əmrini alıb. Ekipajın komandiri Rəfaqət Həbibulin terrorçulara hücum etmək qərarını verib. Rusiya ekipajının düzgün hərəkətləri ilə terrorçuların hücumunun qarşısını almaq mümkün olub" - deyə nazirliyin məlumatında deyilir.

Helikopter qeri dönən zaman terrorçular onu yerdən vurublar. Helikopter Suriya ordusunun nəzarətində olan əraziyə düşüb, ekipaj həlak olub.
Suriyada vurulan Rusiya helikopterinin videogörüntüləri yayıldı
Nazirliyin məlumatına görə, rusiyalı hərbi pilotlar yüksək dərəcəli dövlət mükafatlarına layiq görülüblər.